Sosial şəbəkədə biz:

Naxçıvanda əhali işıq pulunu 100 faiz ödəyib

06 March 2018, 11:31
Gündəm
Naxçıvan Muxtar Respublikasında Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin fevral ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub.
Azinforum.az-ın məlumatına görə, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb. Yalnız muxtar respublikanın müəssisə və təşkilatlarının ödənişi 92,2 faiz olub.