Sosial şəbəkədə biz:

QAXDA SEÇKİ GƏRGİNLİYİ -  GÖMRÜK KOMİTƏSİNİN İŞÇİSİ BƏZİ QAXLILARI TƏHDİD VƏ TƏHQİR EDİR (FOTO)

Azinforum.az xəbər verir ki, 112 saylı Qax seçki dairəsində namizədlərin tərəfdarları arasında ciddi münaqişə yaranıb.  Əməkdaşlarımız həmin dairə ilə bağlı sosial şəbəkələrdə apardıqları monitorinq zamanı  dəhşətli faktların şahidi olublar. Xüsusilə də həmin dairədən deputatlığa namizəd olan və hazırda millət vəkili titulunu daşıyan Azər Kərimlinin tərəfdarları özlərini bolşeviksayağı aparır. Yəni "kim bizim namizədi dəstəkləmirsə, demək bizim düşmənimizdir " prinsipi ilə hadisələrə münasibət bildirirlər. Azər Kərimlinin tərəfdarları xüsusilə də deputatlığa digər namizəd Paşa Məmmədovun tərəfdarlarına qarşı  daha aqresiv davranırlar. Görün, vəziyyət nə yerə çatıb ki, Azər Kərimlinin tərəfdarı olan  bəzi dövlət qulluqçuları belə qaxlıları ən ağır formada təhqir və təhdid edirlər.  Diqqətimizi çəkən vacib məqamlardan biri Azər Kərimlinin alovlu təbliğatçısı kimi özünü qələmə verən  Dölət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlı adda vətəndaşın sosial şəbəkələrdəki davranışı oldu. Apardığımız araşdırma zamanı müəyyən etdik ki, Nicat Muxtarlı həqiqətən  qaxlıdır və Gömrük Komitəsində işləyir. O, Qaxdakı peşə məktəbinin direktoru Kamal Muxtarlının oğludur. Kamal Muxtarlı Azər Kərimliyə olduqca yaxın adam kimi tanınır. Azər Kərimliyə görə qaxlıları ən ağır formada təhqir edənlərdən biri də Şahlar İsmayıl adlı şəxsdir. Bu adam da, sosial şəbəkələrdəki fəaliyyətində Azər Kərimlinin aktiv təbliğatçı obrazında çıxış edir. Sadə məntiqlə yanaşıldıqda, həmin adamların Azər Kərimlinin seçki qərgahı tərəfindən koordinasiya edilməsinə şübhə yeri  qalmır. Azinforum.az Dövlət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlının peşə fəaliyyəti ilə qətiyyən uzlaşmayan və çıxışlarında cinayət motivlərinə aid halların olması ilə bağlı onun çalışdığı dövlət qurumuna və MSK-ya  sorğu ünvanlamaq qərarına gəlib. Bazar günü olduğu üçün, sorğumuza cavab ala bilmədik.  Mövzu diqqətimizdədir.  Azinforum.az   Dölət Gömrük Komitəsinin işçisi Nicat Muxtarlının təhdid və təhqirlərini sübut edən faktları təqdim edir. M.MİRZƏ AZİNFORUM.AZ nicat   qa   qa2 qa1 qa3  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol