Sosial şəbəkədə biz:

MSK sədrindən Seyidcahana - “Yaradıcılıqdan uzaqlaşmayın”

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş müğənni Elza Seyidcahanın namizədliyi qeydə alınıb. Trend-in məlumatına görə, E.Seyidcahan buna görə MSK-ya təşəkkürünü bildirərək qeyd edib ki, bu qərar onun üçün ciddi əhəmiyyət kəsb edir: “Məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz”. MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana “yaradıcılıqdan uzaqlaşmayın” deyə müraciət edib. Xatırladaq ki, daha öncə MSK Seyidcahanın namizədliyini qeydə almamışdı. Buna səbəb kimi isə təqdim edilən 550 imzadan 43-nün saxta, 180-nin isə etibarsız hesab edilməsi olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol