Sosial şəbəkədə biz:

İran parlamenti nüvə sazişi haqda qanun layihəsini təsdiqlədi

İran parlamenti ölkə hökumətinə "altılıq" ölkələri ilə əldə olunmuş nüvə sazişinin şərtlərini yerinə yetirməyə imkan verən qanun layihəsini təsdiqləyib. Associated Press bu barədə İRNA agentliyinə istinadən xəbər yayıb. Lakin bununla bərabər, qanunda qeyd olunur ki, Tehranın üzərindən sanksiyalar götürülmədiyi təqdirdə İran rəhbərliyi razılaşmadan imtina edə bilər. Qanunun yekun qəbulu gələn həftə, bütün xırdalıqların razılaşdırılmasından sonra baş tutacaq. Xatırladaq ki, iyulda İran və vasitəçi "altılıq" ölkələri nüvə proqramı üzrə razılıq əldə etdilər. İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə sazişi müharibə üzərində qələbə üçün gözəl nümunədir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol