Sosial şəbəkədə biz:

Vergilər Nazirliyi supermarketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən olan "Neptun"da yoxlamalara başlayıb. Mağazanın nazirliyə təqdim etdiyi hesabatlardakı rəqəmlərlə real rəqəmlərin üst-üstə düşmədiyi ilə bağlı şübhələr olduğundan Vergilər Nazirliyi yoxlamalarla bağlı qərar qəbul edib. Kassalardan bəziləri götürülüb. Nazirliyin əməkdaşları dünəndən başlayaraq mağazada təftiş aparırlar. Belə ki, onlar gündəlik satışın həcmini müəyyən etmək üçün "Neptun"da kassaların yanında müşahidələr aparırlar. Mağaza rəhbərliyi isə satışın həcminin təqdim olunan hesabatlarla uyğun gəlməsi üçün bəzi bölmələri bağlayıb. Gecə saat 24-ə və hətta 24 saat işləyən bəzi filiallar dünən 21:00-da bağlanıb. Mağaza rəhbərliyi həmçinin bəzi əməkdaşlarına bir neçə günlük işə çıxmamaq göstərişi verib (aznews.az).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol