Sosial şəbəkədə biz:

Aİ Rusiyadakı səfirini geri çağırır

23 March 2018, 10:40
Gündəm
Avropa Birliyinin Brüsseldə keçirilən sammitində Aİ-in Rusiyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edilib. Trend-in verdiyi xəbərə görə, bu barədə İsveçin baş naziri Stefan Leven bəyanat verib.
 Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.