Sosial şəbəkədə biz:

Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək

26 March 2018, 12:31
Gündəm
Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək. Trend-in məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.