Sosial şəbəkədə biz:

Təcili: Fransa polisi Eynulla Fətullayevi saxladı

Araşdırmaçı-jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb. Virtualaz.org saytı xəbər verir ki, insident E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib. E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol