Sosial şəbəkədə biz:

Sergey Lavrov Azərbaycana görə ATƏT-in seçki institutunu tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana seçki missiyası göndərməkdən imtina etməsini tənqid edib. Virtualaz.org saytı xəbər verir ki, Lavrov bu haqda ATƏT-in baş katibi Lamberto Zanyerlə keçirdiyi mətbuat konfransında danışıb. “Dövlətin seçkilərə o cümldən ATƏT-dən müşahidəçilər çağırmaq öhdəliyi var və vacib deyil ki, ora məhz nə qədər müşahidəçi gedəcək. Bu, katibliyin günahı deyil, lakin mövcud struktur ardıcıl olaraq öz boşluğuna, qətiyyətsizliyinə görə sınaqlara çəkilir, azlıqda olanlar isə onun müstəqil təşkilata çevrilməsini istəmirlər. Onu elə vəziyyətdə saxlamaq istəyirlər ki, manipulyasiya etmək asan olsun”-Lavrov deyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol