Sosial şəbəkədə biz:

İnanılmaz: Sumqayıt yolu ikiyə bölündü

Bakı Beyəlxalq Avtovağzalındakı sürüşmə genişlənib. Dünən gecə saatlarında Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib. Bundan öncə Avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan budəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb. Ərazi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb ("Qafqazinfo").

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol