Sosial şəbəkədə biz:

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq müzakirə edildi

28 March 2018, 20:44
Gündəm
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.