Sosial şəbəkədə biz:

Rusiya bu il Ermənistana 100 milyonluq silah verəcək

29 March 2018, 11:41
Gündəm
Rusiya bu il yeni müdafiə krediti çərçivəsində Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq. “Ria Novosti” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib. “Silah tədarüki 2018-cı il üçün nəzərdə tutulub”-deyə o bildirib. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin dekabr ayında 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.