Sosial şəbəkədə biz:

Şeyx Əjdərbəy və Təzə Pir məscidlərinə yeni axundlar təyin etdi

Bakıdakı Əjdərbəy və Təzə Pir məscidlərinə yeni axundlar təyin olunub. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün keçirdiyi tədbirdə bildirib. Təzə Pir məscidinə Hacı Mircəfər Eyyubov, Əjdərbəy məscidinə isə Şeyx Cavid Məmmədov təyin olunub. Təzə Pir məscidinin axundu Hacı Əhməd bir müddət əvvəl rəhmətə gedib. Əjdərbəy məscidində isə daha bir vakant yer olduğu üçün axund təyin olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol