Sosial şəbəkədə biz:

“Ziya Məmmədov xaricdədir” - Nazirlikdən açıqlama

Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Maraqlıdır ki, müşavirədə Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Qeyd edək ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi. " Azinforum.az " xəbər verir ki, Baku.ws saytı məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib ki, mətbuatda yayılanlar sadəcə cəfəngiyyatdır. Nazirlik rəsmisinin sözlərinə görə Ziya Məmmədov iclasa ölkədə olmadığı üçün qatıla bilməyib. "Ziya Məmmədov oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir”, - deyə Namiq Həsənov bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol