Bu gün Qəzza zolağında ənənəvi Torpaq gününü qeyd edən minlərlə fələstinli qaçqınlarının öz doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.
Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib
Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.
Azinforum.az APA-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.