Sosial şəbəkədə biz:

Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

04 April 2018, 17:40
Gündəm
Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb. Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.