Sosial şəbəkədə biz:

“Facebook” 33 milyon dollar cərimələndi

06 April 2018, 11:24
Gündəm
Braziliya məhkəməsi “Facebook” şirkətini 33 milyon dollar cərimələyib. Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub. Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların “WhatsApp” messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib. Qeyd edək ki, “WhatsApp Inc.” 2014-cü ilin fevral ayından “Facebook”a məxsusdur.