Quş nəcisi, toyuq sümüyünün iliyi... – Kosmetik vasitələrin tərkibi haqqında ilginc FAKTLAR
Kosmetika qadınların həyatının ayrılmaz bir parçasıdır. Bir çox kişilər qadının təbii olaraq, gözəl görünməsinə üstünlük versələr də, qadınlar kosmetikadan istifadə edərək daha gözəl görünməyə çalışırlar.
Dünya statistikasına görə, orta hesabla bir xanım həyatı boyunca kosmetikaya 15 min dollar pul xərcləyir. Bu xərclər ölkələrə görə də dəyişə bilir. Azərbaycanda statistikaya görə, ümumi olaraq 1 il ərzində xanımlar kosmetikaya 280 milyon dollar xərcləyir.
Bu qədər çox pul xərclənən kosmetikanın tərkibinin nələrdən ibarət olduğunu və nədən hazırlandıqlarını bilirsinimi?
Musavat.com xüsusilə xanımların marağında olan kosmetik vasitələrin nələrdən hazırlandığını, tərkibində nələrin olduğunu təqdim edəcək.
Kosmetikanın tərkibində sünnət dərisi, öküz sperması, balığın pulları və balina qusuntusu və s. bu kimi ağılalmaz qatqılar olur.
Kosmetika bir qadını olduğundan daha da gözəl göstərsə də, anlaşılan odur ki, tərkibi o qədər də gözəl deyil.
Toyuq sümüyünün iliyi kosmetik vasitələrdə istifadə olunan heyvan parçalarından ən maraqlısıdır. Qlukozamin ilə zəngin olduğu deyilən toyuq sümüyünün iliyi gənc görünmək üçün hazırlanan kosmetik vasitələrdə daha çox yararlı olur.
Kosmetikada öküz spermasından istifadə bu sektorda yeni başlayıb. Nəmlənməni mühafizə edən bu məhlul, bir çox firmalar və salonlar tərəfindən hazırlanan məhsullarda üstünlük təşkil edir. Öküz spermasının saçlara xüsusi parıltı verdiyi deyilir.





Toyuq sümüyünün iliyi
Öküz sperması