Sosial şəbəkədə biz:

Rəşad oyun vaxtı tualetə qaçdı - Ramosun hərəkətini təkrarladı

09 April 2018, 09:54
Gündəm
Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt”la qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verib. Belə ki, qonaqların futbolçusu Rəşad Eyyubov oyunun gedişində hakimdən icazə alaraq tualetə gedib.
Futbolçu özü də bu barədə açıqlama verib: "Bəli, tualetə getməli idim. Ona görə də hakimdən icazə alıb tualetə qaçdım"
Qeyd edək ki, bir neçə gün öncə "Real"ın kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi.