Sosial şəbəkədə biz:

Moskvadan ABŞ-a sərt xəbərdarlıq: “Ciddi fəsadlar olacaq”

10 April 2018, 10:45
Gündəm
Moskva ABŞ-ın Suriyaya zərbələr vurmaq qərarı verəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağına dair Vaşinqtona xəbərdarlıq edib. AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. “Müvafiq kanallar vasitəsilə biz ABŞ-a bildirmişik ki, yalan bəhanələrlə Suriyaya qarşı hərbi güc ciddi nəticələrə səbəb ola bilər”, - deyə rusiyalı diplomat bildirib. Nebenziya vurğulayıb ki, Suriyanın Duma şəhərinə heç bir kimyəvi hücum olmayıb.