Sosial şəbəkədə biz:

Səhiyyə Nazirliyi: Həkimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar hazırlanır

10 April 2018, 12:09
Gündəm
"Həkimlərin sertifikasiya prinsipləri dəyişdiriləcək". APA-nın xəbərinə görə, bunu Tibbi turizm üzrə alman - Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib. Azərbaycanda 2011-ci ildən həkimlərin sertifikasiya imtahanlarından keçirildiyini xatırladan direktor qeyd edib ki, həkimlərin sertifikasiya prinsipləri ilə bağlı yeni qaydalar hazırlanır.