Sosial şəbəkədə biz:

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – VİDEO

10 April 2018, 13:51
Gündəm
Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb. Minval.info xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib. Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb. Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb. Rayon 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir və şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Zəngilanın işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.