Sosial şəbəkədə biz:

"Bakı Metropoliteni" "Formula-1"lə bağlı gücləndirilmiş rejimində işləyəcək - İki stansiya gecə 2-dək işləyəcək

10 April 2018, 15:19
Gündəm
Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisiilə əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.
Bu barədə Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, zərurət olarsa, iki stansiya gecə saat 2-yə qədər açıq olacaq: "Bakı metropoliteni "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək".