Sosial şəbəkədə biz:

2018-ci ildə ARDNF-nin xalis gəliri 1,1 milyard dollar təşkil edəcək

11 April 2018, 20:42
Gündəm
“2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNF) xalis gəliri 1,1 milyard dollar təşkil edəcək”. “APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub. Hesabat müəllifləri qeyd edir ki, son 5 ildə ARDNF-nin orta illik investisiya gəlirləri 2,4% təşkil edib. Sənəddə vurğulanıb ki, ARDNF investisiya strategiyasında mənfəəti artırma yolları yenidən müəyyən edilə bilər.