Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verdi
Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 14 apreldə mitinq keçirməsi ilə bağlı müraciətinə müsbət cavab verib.
Azinforum.az xəbər verir ki, qurumun cavabında bildirilib ki, müxalifət sözügedən tarixdə saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən Məhsul stadionunda sərbəst toplaşmaq hüququndan istifadə edə bilər.