Sosial şəbəkədə biz:

Azərbaycan neft məhsullarının ixracından gəlirlərini artırıb

12 April 2018, 21:49
Gündəm
2018-ci ilin yanvar-mart aylarında Azərbaycan 135 mln. 958,25 min ABŞ dolları dəyərində 276 min 550,21 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 897,08 ton və ya 40,63% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 57 mln. 679,82 min dollar və ya 73,69% çoxdur. Qeyd edək ki, 2017-ci ilin üç ayında Azərbaycan xarici ölkələrə 78 mln. 278,43 min dollar dəyərində 196 mln. 653,13 ton neft məhsulu ixrac edilib. Qeyd edək ki, 2018-ci ilin üç ayında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 4,05%-ni təşkil edib.