Sosial şəbəkədə biz:

Navaz Şərif ömürlük siyasətdən uzaqlaşdırıldı

13 April 2018, 11:37
Gündəm
Pakistanın Ali Məhkəməsi ölkənin sabiq baş naziri Navaz Şərifin ömürlük siyasətdən uzaqlaşdırılması barədə qərar çıxarıb. AzVision.az Pakistanın “Dawn” nəşrinə istinadən xəbər verir ki, məhkəmə qərarı sessiyada iştirak edən beş hakim tərəfindən yekdilliklə qəbul olunub. Daha əvvəl isə Pakistan Ali Məhkəməsi Navaz Şərifi “Pakistan Müsəlman Liqası” partiyasının sədri vəzifəsindən uzaqlaşdırıb. Qeyd edək ki, Navaz Şərif ötən ilin iyulunda korrupsiyada ittiham olunaraq baş nazir vəzifəsindən azad edilib.