Sosial şəbəkədə biz:

Bakıda kofe aldı, içindən görün nə çıxdı - FOTO

13 April 2018, 15:04
Gündəm
Dükandan alınan “Neskafe”nin (Nescafe) içindən suxarı çıxıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov paylaşıb. O bildirib ki, məsələ ilə bağlı rəsmi distributorların məlumatlandırılmasına baxmayaraq, onlardan heç bir reaksiya gəlməyib: “Ərzaq mallarının içərisindən çıxan kənar cisimlər muzeyi yaranacağını Azad İsehlakçılar İctimai Birliyi (AİİB) söyləmişdi. Bu “Neskafe”ni AİİB-ə gətirib təslim edən şəxs onu açanda suxarı əzintisi ilə doldurulduğunu görüb. AİİB-in sədri olaraq 4 gündür distributorlara və s. zəng edirəm ki, gəlin araşdırın, amma heç kimin vecinə deyil. Bir sözlə, ehtiyatlı olun, hələ biz buna suxarı deyirik, bəlkə başqa nəsə var”.