Sosial şəbəkədə biz:

ABŞ vurdu, suriyalılar Rusiya bayraqları qaldırdılar - FOTOLAR

14 April 2018, 11:03
Gündəm
ABŞ, Böyük Britaniya və Fransanın Suriyadakı obyektlərə 100-dən çox raket atmasından sonra yerli sakinlər Dəməşq küçələrinə çıxıblar.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriya xalqı səhər saatlarından beynəlxalq koalisiyaya qarşı etiraz aksiyasına başlayıb. Sakinlər əllərində Suriya ilə yanaşı Rusiya və İran bayraqları qaldıraraq ABŞ-ın təcavüzünü pisləyiblər.