Sosial şəbəkədə biz:

"Maşın bazarında vəziyyət ürəkaçan deyil" - EKSPERT

14 April 2018, 11:06
Gündəm
"Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Tələb olduqca aşağıdır" Bunu AzVision.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bazardakı durğunluğun əsas səbəblərindən biri mövcud iqtisadi vəziyyət və son illər kreditlərin ayrılmamasıdır. "2018-ci ilin əvvəlinə qədər köhnə avtonəqliyyat vasitələrinin qiymətlərində artım var idi, amma son bir neçə ayda stabilləşmə müşahidə edilir. Avtomobil bazarında təqribən 100-ə yaxın avtomarka var ki, onların da 300-dən yuxarısının müxtəlif modelləri mövcuddur. Bu gün əhalini tələbatı dəyəri 20 mindən aşağı avtonəqliyyat vasitələrinədir. Bunlar arasında "Mercedes Benz" daha üstünlük təşkil edir".