Sosial şəbəkədə biz:

ABŞ Suriyaya dair danışıqların başa çatdığını bəyan edib

15 April 2018, 10:56
Gündəm
Suriyadakı vəziyyətlə əlaqədar danışıqlara ayrılan vaxt başa çatıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib. “Danışıqlar üçün vaxt başa çatdı, hərəkətə keçmək gərəkdir. Və bu ötən gecə baş tuttdu”, - deyə Heyli əlavə edib. Qeyd edək ki, bundan əvvəl Donald Tramp ABŞ-ın Suriyada “missiyasını yerinə yetirdiyini” bəyan edib.   ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.