Sosial şəbəkədə biz:

Deputat: “Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır”

16 April 2018, 21:02
Gündəm
“Təəssüflər olsun ki, informasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin iclasında deyib. O qeyd edib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır: “Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnogiyalarından gedir”. Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanı başqalarının öhdəsinə buraxmamalıdır.