Sosial şəbəkədə biz:

İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam imzaladı

18 April 2018, 13:12
Gündəm
Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minib.