Sosial şəbəkədə biz:

Mehriban Əliyeva Putinlə görüşəcək

Aprelin 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başlayır. Bu barədə virtualaz.org saytına Moskvadakı məlumatlı mənbələr xəbər verib. Xəbərdə deyilir ki, M.Əliyevanın səfəri Rusiya Milli Olimpiya Komitəsinin (MOK) dəvəti əsasında baş tutacaq. Səfər proqramına Rusiyanın dövlət rəhbərliyi ilə, Dövlət Dumasının deputatları ilə, Rusiya MOK rəhbərliyi ilə görüşlər daxildir. M.Əliyevanın Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir. Qeyd edək ki, M.Əliyeva Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədridir. Bir çox Avropa paytaxtlarında birinci ledinin rəhbərliyi ilə Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Moskvaya səfərdə də məqsəd Rusiya ictimaiyyətini iyunda keçiriləcək yarışlar barədə məlumatlandırmaqdır. Aprelin 10-da saat 19:00-da “Radisson Royal Hotel, Moscow” otelində Avropa Oyunlarının rəsmi təqdimat mərasimi keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol