Sosial şəbəkədə biz:

Dollar yenə bahalaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0486-dan 1.0487-ə qədər bahalaşıb. Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Belə ki, 1 avro 1.1401-dən 1.1521-ə qədər bahalaşıb. Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0185 manatdır. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol