Sosial şəbəkədə biz:

Türkiyədən dünyanı narahat edəcək həmlə - Görünməyən döyüş təyyarələri layihəsi

06 April 2015, 10:05
Gündəm
Türkiyə bölgədəki tarazlıqları dəyişdirəcək bir layihə üçün düyməyə basıb.
Avropa.info xəbər verir ki, Türk Hava Qüvvələrinin  təyyarələrinin  görünməz  olacağı  "kölgə" adlı layihə üçün ilk addımı atılıb.
"Stend eh Jammer procurement" (SOJ) adlı layihə bitəndə təyyarələr, 300 kilometrdən  bütün radar siqnallarını poza biləcək . Beləliklə döyüş təyyarələri görünməz hala gələcək.
Hazırda ABŞ-la  İsraildə olan  bu sistem üçün 2 ABŞ, 2  Türk firmasının  təkliflər etdiyi  bildirilir. Tenderdə ASELSAN, Duyğu Aviasiya və Müdafiə, SAVRONİK və TEMPUS firmaları yarışır.