Sosial şəbəkədə biz:

Elçibəyin oğlu toya hazırlaşır

“Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”. Azinforum.az-ın xəbərinə görə, bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır. “İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”. Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib. “Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol