Sosial şəbəkədə biz:

Lavrov və Nalbandyan Qarabağı müzakirə edəcəklər

Rusiya XİN məlumat yaydı. Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə onun erməni həmkarı Edvard Nalbandyan aprelin 7-8-də Rusiyada səfərdə olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin saytında deyilir. Aprelin 8-də baş tutacaq danışıqlar zamanı xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın vacib məsələləri, beynəlxalq gündəliyi, BMT, ATƏT, QİƏT kimi təşkilatlar çərçivəsində xarici siyasi əlaqələrin uzlaşdırılması və başqa məsələləri müzakirə edəcəklər. Bundan başqa, tərəflər arasında Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi həllinə cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi ətrafında rəy mübadiləsi aparacaqlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol