Sosial şəbəkədə biz:

Braziliya - Meksika: Braziliya qalib gəldi- 2:0

02 July 2018, 20:26
Gündəm
DÇ-2018-in 1/8 final mərhələsində Braziliya və Meksika milliləri üz-üzə gəlir. Musavat.com-un FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar: Braziliya: Alison, Faqner, T. Silva, Miranda, F. Luis, Koutinyo, Kasemiro, Paulinyo, Villian, Neymar, Q. Jezus Meksika: Oçoa, Alvares, Ayala, Salsedo, Qalyardo, R. Markez, K. Vela, Herrera, Quardado, Lozano, X. Ernandes Oyunun 51-ci dəqiqəsində Braziliyanın ulduzu Neymar hesabı açıb-1:0 Oyunun 89-cu dəqiqəsində İngiltərənin "Liverpul" komadasının şərəfini qoruyan Roberto Firmino Braziliyanın qələbəsini təmin edən qola imza atıb-2:0