Sosial şəbəkədə biz:

Türkiyədə Ərdoğanın şərəfinə yeni əsginaslar çap edildi

09 July 2018, 14:50
Gündəm

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın şərəfinə bir türk lirəsi dəyərində yeni əsginaslar çap edilib. Trend-in məlumatına görə, bu əsginaslar R.T.Ərdoğanın andiçmə mərasimində iştirak edəcək dövlət başçılarına təqdim olunacaq. Qeyd edək ki, iyunun 24-ü keçirilmiş seçkilər nəticəsində 52,59 faiz səs yığaraq qalib gəlmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi bu gün Ankarada, Türkiyə Böyük Millət Məclisində baş tutacaq.