Sosial şəbəkədə biz:

Elmar Vəliyevin oğlu danışdı

12 July 2018, 15:19
Gündəm
"Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq. O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər”. Femida.az bildirir ki, bu sözləri Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev Gununsesi.info-nun atasının şəhərdə polis zabitlərinin güllələnməsi olayından xəbərdar olub-olmaması, həmçinin bu olaya münasibətinə dair sualına cavabında deyib.