Sosial şəbəkədə biz:

Rusiya İranın neft-qaz sektoruna 50 milyard dollar investisiya qoymaq istəyir

15 July 2018, 16:45
Gündəm
Rusiya İranın neft-qaz sektoruna 50 milyard dollar investisiya qoymağa hazırdır. APA-nın "Financial Times" qəzetinə istinadən verdiyi məlumata görə, İran ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Rusiyanın İranın neft-qaz sektoruna 50 milyard dollar investisiya qoymağa hazır olduğunu bildirib. Rusiya hökumətindəki adının açıqlanmasını istəməyən məmur da Rusiyanın İranın neft-qaz sektoruna 50 milyard investisiya qoymasına dair planının olduğunu təsdiqləyib.