Sosial şəbəkədə biz:

İcra başçısından əcaib təklif

Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Sumqayıtdakı Qubadlı Mədəniyyət Sarayında Laçın rayonundan olan məcburi köçkünlərlə görüş keçirib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, demək olar ki, bütün görüşü müharibə hazırlığı üzərində quran A.Səlimov orta və musiqi məktəbləri ilə bağlı şok iddialar səsləndirib. İndiki şəraitdə məktəblərdə elmli və yüksək musiqi istedadına malik şagirdlərin yetişdirilməsinə lüzum olmadığını bildirən icra baçısı, orta məktəblərin yalnız hərbi məktəblər üçün şagird yetişdirməsinin vacibliyini vurğulayıb. Yalnız hərbi hazırlıq məsələsi üzərində dayanan icra başçısı orta və musiqi məktəbləri qarşısında onların mahiyyətinə zidd tələblər qoyub. İcra başçısının orta və musiqi məktəblərinə hərbi təyinatlı məktəblər statusunda yanaşması toplantıda itirak edən bəzi ziyalıların gülüş və narazılığına səbəb olsa da,  heç kim bu narazılığı açıq şəkildə ifadə etməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol