Sosial şəbəkədə biz:

Çingiz Abdullayev: "Uduzsaq, qolu özüm vuracam" - VİDEO

“Neftçi” futbol klubunun rəhbəri Çingiz Abdullayev ANS-də yayımlanan “Günə Baxan” verlişinin qonağı olub.
Çingiz Abdullayev bu həftə “Neftçi”nin “Xəzər-Lənkəran”la oynuna açıqlama gətirdi. Aparıcının ona son zamanlara sosial şəbəkələrdə komandalar arasında yaranan gərginliyin nə vaxt aradan qalxacağını sual edəndə Çingiz Abdullayev belə cavab verdi: “Mən inanmıram ki, oyun zamanı belə gərginlik olsun. Amma təbii ki, idman gərginliyi olmalıdır. Yaranan Bakı-Lənkəran kimi yersiz söhbətlərə əsas yoxdur. Biz bir millətik. Azərbaycanı bölmək lazım deyil”.
Yazıçı həmçinin güclü komandanın qalib gəlməsini arzulayıb. Çingiz Abdullayev “Neftçi” komandası uduzsa meydana çıxıb bir qolu da özü vuracağını dedi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol