Sosial şəbəkədə biz:

Azərbaycanlılar Rusiyada “Qarabağ” futbol klubu yaratdılar

31 July 2018, 20:46
Gündəm
Rusiyada yaşayan azərbaycanlılar "Qarabağ” futbol klubu yaradıblar.
Klubdan bildirilib ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.
"Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir.
Üçüncü tur sentyabr ayında keçiriləcək. (AzərTAc)