Sosial şəbəkədə biz:

Nail Allahverdiyev azadlığa buraxılıb

02 August 2018, 18:45
Gündəm
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.