Sosial şəbəkədə biz:

Ağsu dolaylarında yenidən yanğın başlayıb - İcra Hakimiyyətindən açıqlama

02 August 2018, 18:49
Gündəm
Ağsu dolaylarında yenidən yanğın başlayıb.
Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb: "Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".