Sosial şəbəkədə biz:

“Facebook”un fəaliyyətində nasazlıq yaranıb

03 August 2018, 21:44
Gündəm
ABŞ, Avropa və Rusiyada “Facebook” istifadəçiləri ciddi problemlərlə üzləşiblər. Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:16-dan etibarən müşahidə olunub. İstifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (47%). Eyni zamanda bəzi istifadəçilər öz səhifələrinə daxil ola bilmirlər (35%) və yaxud mobil əlavələrdən istifadələri mümkünsüzdür (17%). Sosial şəbəkənin işində ən ciddi problemlər isə ABŞ, Niderland, Böyük Britaniya, Macarıstan, İtaliya, Polşa, Ukrayna və Gürcüstanda müşahidə olunur.(oxu.az)