Sosial şəbəkədə biz:

Azərbaycandan çıxarılan benzinə gömrük rüsumu tətbiq ediləcək

04 August 2018, 13:26
Gündəm
Azərbaycanda avtomobillərlə ölkədən kənara çıxarılan benzinə və dizel yanacağına spesifik gömrük rüsumlarının tətbiqinə başlanıb. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, Azərbaycandan kənara çıxarılan hər 1 litr benzin üçün bundan sonra 0,6 dollar (hazırkı məzənnə ilə 1,02 manat – red.) rüsum ödənilməlidir. Butada söhbət avtomobilin benzin çəninin tutumundan artıq həcmdə çıxarılan yanacaqdan gedir. Qeyd olunur ki, Nazirlər Kabinetinin müvafiq sərəncamının təşəbbüskarı Dövlət Gömrük Komitəsi və SOCAR olub.