Sosial şəbəkədə biz:

Müğənni Elnarə Səidə Sultana "zibil" dedi - QALMAQAL

Müğənni Elnarə Xəlilova ilə həmkarı Səidə Sultan arasında qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, S.Sultanın "Space” telekanalının "Əsl şou” verilişində aparıcılığa başlaması E.Xəlilovanı özündən çıxarıb. Belə ki, saytların birində S.Sultanın aparıcılıq etməsi ilə bağlı dərc olunan yazını "Facebook” səhifəsində paylaşan Elnarə xəbərə çox sərt reaksiya verib: "Sonra deyirsiniz "Elnarə xanım, efirlərə niyə çıxmırsınız?” Efir zibilxana olub. Milli Televiziya və Radio Şurası hara baxır?”. Xatırladaq ki, E.Xəlilova da bir zamanlar aparıcılıq edib. Qeyd edək ki, ifaçıların qalmaqalına S.Sultanın həmkarına "zövqsüz” deməsi səbəb olmuşdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol